Xirdalanda yaşayış binasında  YANĞIN

  • By admin
  • 07 İyun 2023 09:04

Abşeron rayonunun Xırdalan şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 35 m² olan mağazada 10 m² sahədə geyim əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info