
Son zamanlar Xırdalanda gənc qızların davamlı intiharı ciddi şübhələrə yol açıb.
Bildirilir ki, bu intiharlara səbəb həmin gənclərin psixoloji istismara məruz qalmasıdır.
Vəkil Ramil Rüstəmov da Gununsesi.info-ya açıqlamasında bu iddiaları ciddi qəbul etdiyini deyib:
“Son günlər Xırdalanda baş verən yetkinlik yaşına çatmayan bir neçə qız uşağının özünü yüksək mərtəbəli binaların üstündən ataraq ölmələri kimi cinayət əməllərini hüquq mühafizə orqanları araşdırmalıdır. Maraqlı olmalıdır ki, niyə bu ölüm halları Xırdalanda baş verir, niyə qızların hamısı eyni geyimdə və uyğun olaraq hündür mərtəbəli binalardan atılırlar? Mətbuatda qeyd edilir ki hansısa şeytana qurban adı altında hansısa dini sektalarda ayinlər keçirilir və həmin yetkinlik yaşına çatmayan qızlar cəlb edilir. Mütləq hüquq mühafizə orqanları bu halları araşdırmalıdır və nəticəsi, görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilməlidir”.
Şəbnəm Rəhimova
Gununsesi.info