XIX əsrdən bu günə qalanlar  – FOTOLAR

  • By admin
  • 24 Aprel 2017 13:08

18136090_1830686020588307_145772655_n

Bir zamanlar Avropanın ən lüks qatarı kimi fəaliyyət göstərən, hazırda isə unudulmaqda olan tarixi “Grand Orient Express”in son vəziyyəti görüntülənib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1883-cü ildə “Compagnie Internationale des Wagons-Lits” (CIWL) şirkəti tərəfindən istifadəyə verilən qatar öz dövrünün ən dəbdəbəli nəqliyyat vasitələrindən hesab olunurdu.

Sərnişinlərinə Avropanı gəzdirən qatar səyahətə Parisdən başlayırdı. Münih, Vyana, Budapeşt, Belqrad kimi şəhərlərdən keçən “Grand Oriend Express”in son dayanacağı İstanbul olurdu.

Hazırda çürüməkdə olan qatarın görüntülərini çəkən fotoqraf içəri girdiyində özünü XIX əsrdə hiss etdiyini bildirib. O, keçmişin duyğularını hiss etməyə çalışdığını və həmin dövrün ab-havasının çəkdiyi fotoşəkillərdə əks olunmasının arzusunda olduğunu qeyd edib.

Gununsesi.info həmin fotoşəkilləri oxucularına təqdim edir.

18073174_1830686000588309_409274667_n 18109409_1830685990588310_877945108_n 18109614_1830686033921639_877670592_n 18136090_1830686020588307_145772655_n 18136115_1830685970588312_1782742771_n 18136745_1830686030588306_1172917373_n 18142867_1830685953921647_2129646493_n 18155591_1830685983921644_645456911_n

 

Gununsesi.info