
Amerikanın Vaşinqton əyalətində qayaq sürücüsü Frençis Zuber sürüşərkən dayandığı nöqtədə qar uçqunu altında qalan birisinin olduğunu fərq edib. Zuber əlləri ilə qar yığınını qazaraq adamı oradan qurtarmağı bacarıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onun bədəninə yerləşdirdiyi kameraya qeyd olunan görüntülərdə Zuberin həmin adamdan “Yaxşısanmı”, – deyə soruşduğu eşidilir. Cavabsız qalan sualdan sonra əlcəkli əlləri ilə qarları qazmağa davam edən Zuber qar altındakı adamın nəfəs alamasını asanlaşdırmaq üçün öncə onun baş tərəfindəki qarları təmizləyərək həyata qayıtmasına səbəb olub. Sonra zərərçəkən adam əllərini hərəkət etdirməyə başlayıb.
Tərcümə: Arzu Sayadoğlu