Xızıda bir gündə 221 ədəd partlamamış hərbi sursat aşkarlandı

  • By admin
  • 17 Oktyabr 2017 08:20

xizi-19.09.2017-24-gun-8

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, oktyabrın 16-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 221 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 927 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə  500 100 kv.m (50.01 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 45 gün ərzində 12 636 ədəd partlamamış hərbi sursat (PHS), 5 245 ədəd partlamış-yanmış sursat qalıqları və 39 797 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 47 172 428 kv.m (4 717 ha) ərazi yoxlanılıb.

Gununsesi.info