Xızıda ev yanıb, xəsarət alan var

  • By ilhame
  • 16 Sentyabr 2023 19:34

Xızıda ev yanıb, xəsarət alan var.

Bu barədə Gununsesi.info-ya FHN-dən bildirilib.

Belə ki, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Gununsesi.info