Xızıda qadın özünü avtobusdan ataraq intihar edib

  • Müəllif: admin
  • 26 İyun 2018 09:47

Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.

Gununsesi.info xəbər verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

 Faktla bağlı araşdırma aparılır.