
Xızı rayonunda yol-nəqliyat hadisəsi baş verib, 5 nəfər yaralanıb, bir nəfər ölüb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, avqustun 7-də saat 19 radələrində Xızı rayonunun Şuraabad kəndində kənd sakinləri Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri “VAZ” markalı vtomobillər toqquşub. Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.
Xızı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Gununsesi.info