Xocəsən-Lokbatan avtomobil yolu təmir olunur - FOTO

  • By admin
  • 07 Avqust 2017 18:10

598872683a218_15021093913739816262_1000x669

Xocəsən-Lokbatan avtomobil yolunun 9-13 kilometrlik hissəsinin deformasiyaya uğramış asfalt-beton örtüyünün və dağılmış hissələrinin təmir-bərpa işləri aparılır.
Bu barədə Gununsesi.info “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları ilə qaşınaraq kənara daşınır. Ümumilikdə təmizlənmiş hissələrə 10 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-bərpa işləri tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Gununsesi.info