Xocəsən-Sədərək yolunda yanan avtobus söndürülüb -VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda IVECO markalı sərnişin avtobusunun yanması ilə bağlı məlumat verib.

Qeyd olunub ki, avtobusun yanar hissələri yanıb, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:45

“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan IVECO OTOYOL markalı 90-LR-327 nömrə nişanlı avtobus, ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alovlanaraq yanıb.

“Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, – deyə R.Tağıyev bildirib.

09:12

Bakıda sərnişin avtobuslarından biri alışaraq yanıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

Gununsesi.info