Binəqədi rayonu Xocahəsən qəsəbəsi Allahverdiyev küçəsində oğurluq hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Mağaza sahibi Riyad Əmənov isə xoşa gəlməz hadisədən səhər saatlarında xəbər tutub. Beləki zərərçəkənin oğlunun sözlərinə görə həmişə olduğu kimi bu dəfə də axsam saatların mağazanın qapısnı bağlayaraq evə gedib. Səhərisi gün isə gördüklərinə inan bilməyib. Dəmir barmaqlı qapısını linglə sındıran naməlum şəxs və ya şəxlər mağazanı boşaldıblar. İçəri daxil olan şəxs və ya şəxslər mağazada olan geyim əşyalarını, şirniyyat bölməsində olan şirniyyatları, spirtli içkiləri, tütün məmilatlarınə kassada olan 100 manat dəyərində olan qəpikləri və ətir bölməsində olan 500 manat dəyərində olan duxuları götürərək mağazanı tərk ediblər. Zərərçəkənin sözlərinə görə xoşbəxtçilikdən çagırılmamış qonaqlar mağazada bazarlıq üçün nəzərdə tutulan 1500 azn pulu tapa bilməyiblər. Ümumlikdə mağaza sahibinə 3000 manat dəyərində ziyan dəyib. Artıq məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə məlumat verilib. Mağazaya baxış keçirən criminal ekspertlər barmaq izləri götürblər.
Məlumat üçün onu da qeyd edək ki sözü gedən qəsəbədə son 3 ay ərzində sayca 3-cü oğurluq hadisəsi baş verib.
Gununsesi.info