“Xocalı cəlladı” Rüstəm Qasparyan ağır yaralanıb, oğlu məhv edilib - FOTO

  • By admin
  • 16 Oktyabr 2020 15:20

Ermənistanın Çiçəklənən Ermənistan Partiyasının sabiq deputatı Rüstəm Qasparyan Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata görə, keçmiş deputatın oğlu isə Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Qeyd edək ki, R.Qasparyan birinci Qarabağ müharibəsi zaman azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib və Xocalı soyqırımının iştirakçılarından biri olub.

Gununsesi.info