Xocalı qatili olan general öldü

  • By admin
  • 13 Avqust 2022 09:23

Ermənistan parlamentinin keçmiş deputatı, general Seyran Saroyan ölüb.

Gununsesi.info xəbər verir ki, 55 yaşlı keçmiş hərbçi İrəvanda ölüb.

Birinci Qarabağ müharibəsi zamanı Saroyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Kəlbəcər, Laçın, Zəngilan rayonlarının işğalında iştirak edən keçmiş deputat 2000-ci ildə general rütbəsi alıb.

Erməni general Qarabağda müharibə zamanı hərbi əsirlərə və regionun azərbaycanlı dinc əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilib.

Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, general Seyran Saroyanın da adı keçir.

Gununsesi.info