Xocalı qurbanları Parisdə də yad edilib

  • By admin
  • 27 Fevral 2017 07:01

xocali-paris

“Azərbaycan Evi” təşkilatı Fransasnın paytaxtı Parisdə fəaliyyət göstrərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqlar iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.

Gununsesi.info-ya Diasporla Iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə,  tədbiri “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq, məhz, bu günlərə təsadüf edən təşkilatın yarana tarixindən bəhs edib. O, bildirib ki, “Azərbaycan Evi”ni 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timurçin Hacıbəyli təsis edib. O, həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu gənclərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyini vurgulayıb.

Mirvari Fətəliyeva Xocalı qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidirib. O, uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunduğunu deyib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə çıxışında qeyd edib ki,  tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını, tariximizi, şəhidlərimizin qəhrəmanlığını vətəndən uzaqda yaşayan uşaqlar heç vaxt unutmamalıdırlar. Səfir bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ilə bağlı rəsmlər çəkilməsində öz məsləhətlərini verib. Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.

Gülnaz Qənbərli

Gununsesi.info