“Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkə kimi düşüb” - Türkiyə səfiri

  • Müəllif: Firuzə
  • 26 Fevral 2026 10:16

26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş və bəşəriyyət tarixinə qara ləkə kimi düşmüş Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “X” platformasında deyib.

“Xocalıda qətlə yetirilmiş 613 günahsız insanımızı rəhmətlə yad edirik”, – o vurğulayıb.

Gununsesi.info