“Xocalı soyqırımında itkin düşənlərin sayı 196-ya çatıb”

“Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: “Lakin təhlil apardıqda məlum olur ki, itkinlərin sayı artacaq və 200 nəfəri keçəcək”.

 

 

Gununsesi.info