

“Xüsusi xidmət orqanları Xocalı soyqrımını törədənləri tutub gətirib Azərbaycanda mühakimə olunmasını təmin etməlidirlər”.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Fazil Musatafa bu gün Milli Məclisdə (MM) təşkil olunan “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.
Onun sözlərinə görə,Xocalı soyqrımını törətmiş şəxslərə qarşı istənilən addımı atmaq üçün Azərbaycanın hüququ çatır və bunu da etməlidir: “Bu adamlar dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq tutulub- gətirilib Azərbaycanda mühakimə edilə bilər və edilməlidir də. Sadəcə, bunu etmək lazımdır. Xüsusi xidmət orqanları bu işlə məşğul olmalıdır”- deyə, millət vəkili vurğulayıb. F.Mustafa deyib ki, əgər Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları dünənə kimi öz iş adamlarımızı güdüb, onları tuturdusa, indi isə öz vəzifəsini layiqincə yerinə yetirən DTX yaradılıb. “Və sözün əsl mənasında onlar öz vəzifələrini məsuliyyətlə icra edilər. Onlar Xocalı soyqırımını törədənlərin yaxalanıb Azrbaycana gətirilməsini təmin etməlidirlər. Ona görə ki, başqa yolumuz yoxdur. Belə ki, beynəlxalq aləmin bu məsələyə hüquqi qiymət vermək niyyəti yoxdur. Biz ancaq siyasi qiymət verilməsinə nail ola biləcyik və bunu gözləmək olar. Hüquqi qiymət isə olmayacaq. O baxımdan, biz bu cinayəti törədənləri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, tutub Azərbaycana gətirib, mühakiməsinə nail olmalıyıq”- deyə, millət vəkili vurğulayıb. F.Mustafa əlavə edib ki, Ermənistanda Azərbaycan torpaqlarını işğal edilməsinə görə orden, medal, Milli Qəhrəman adını alanlar araşdırmalı, kimlikləri müəyyən edilməli və üzə çıxarılmalıdır: “Onları məhz bu hərəkətləri ilə mühakimə etməklə bir president yaratmalıyıq. Bununla bağlı dünya praktikası var. Məsələn, İsrailin MOSSAD təşkilatı İsraildəki hadisələrdən xeyli zaman keçməsinə baxmayaraq, Argentinadan Adiolh Eyhmanı oğurlayıb gətirdivə mühakimə edərək, edam etdi. Bu, bir beynəlxalq presidentdir və biz də bundan yararlanmalıyıq. Müharibədən 20-30 il keçməsinə baxmayaraq, hərbi cinayət törədən şəxslər cəzalandırılmalıdır. Xüsusi xidmət orqanları bunu istəsələr, edə bilərlər”.
“Praktik məsələlər var ki, onlar barədə danışmazlar”
MM sədr müavini Bahar Muradova millət vəkilinin çıxışına reaksiya verərək bildirib ki, cinayətkarlaın cəzalandırılmasının hüquqi yollarını və mexanizmini daha çox araşdırmalı, bu yolla onların cəzalandırılmasına nail olmalıyıq:
“Bir var hüquqi məsələ, onun barəsində danışmaq, müzakirə aparmaq olar, bir də praktik məsələlər var ki, onlar barədə danışmazlar”.
Mürtəza
Gununsesi.info