
Xocalı soyqrım tanınması haqqında qərar qəbul etmək növbəsi AŞPA və ATƏT-indir.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.
Onun sözlərinə görə, müasir tariximizdə bir sıra soyqırım hadisələri baş verib: “Bunlardan biri 25 il əvvəl Azərbaycanda ermənilərin törətdiyi Xocalı soyqırımı, digəri isə Yuqoslaviyadakı Serebrenitsa soyqrımıdır. Ancaq dünyada törədilən soyqrım siyasətlərinə baxış fərqlidir. Fərq ondan ibarətdir ki, Serebrenitsa soyqrımının törədilməsi ilə bağlı 12 il bundan öncə Yuqoslaviya hərbi tribunalı baxıb və buna hüquqi qiymət verib. Tribunalın çıxardığı qərara əsasən serebrenitsa soyqrımını törədənlər ədalət mühakiməsi ilə cəzalandırılıb və onlar cəzalarını çəkməkdədir. Digər məqam isə ondan ibarətdir ki. beynəlxalq təşkilatlar da Serebrenitsa soyqırının tanınması və onun qeyd olunması ilə bağlı qəararlar verilsə də, Xocalı soyqırımı ilə bağlı belə bir qərar yoxdur. Xocalı soyqrımı törədən cinayətkarlar hələ də, azadlıqdadırlar. Yalnız İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar verib”- deyə, A. Quliyev vurğulayıb.
A.Quliyev deyib ki, Xocalı soyqırımının tanınması və onun cinayətkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı digər beynəlxalq təşkilatlar da, qətnamələr çıxarmalıdır. İndi növbə AŞPA və ATƏT-indir.
Millət vəkili onu da əlavə edib ki, biz Xocalı soyqırımının dünyada tanıtdırılması və cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi davam etdirməliyik. “Bununla bağlı olaraq Serj Sərkisyanın beynəlxalq tribunala cəlb olunaraq cəzalandırılması istiqamətində petisiya davam etdirilməlidir”- deyə, A.Quliyev bildirib.
Mürtəza
Gununsesi.info