Xocalı və Tərtərə də komendant təyin edildi

  • By ilhame
  • 27 Oktyabr 2023 19:55

Xankəndidən sonra Xocalı və Tərtərə də müvəqqəti komendantlar təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, polis polkovniki Elçin Qasımov Tərtərə, polkovnik Zaur Nəbiyev isə Xocalıya komendant təyin olunub.

Zaur Nəbiyev 2020-ci ildə Xocalının polis rəisi təyin edilmişdi. Elçin Qasımov isə 2018-ci ildən Tərtərdə eyni vəzifəni yerinə yetirirdi.

Qeyd edək ki, daha öncə polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Gununsesi.info