Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi

  • By admin
  • 25 Noyabr 2020 20:22

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib.

Gununsesi.info-nun məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezidentin başqa bir qərarı ilə Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

Gununsesi.info