
Xocalı şəhərində atelye fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, “Naxışlı” atelyesi 10 günə yaxındır Xocalıda fəaliyyət göstərir.
Layihə rəhbəri Təranə Sultanova Trend-ə bildirib ki, atelye müasir standartlara cavab verən istehsal sahəsidir.
“Əsas məqsədimiz burada xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini dünyaya tanıtmaqdır. Hazırda 5 nəfər işlə təmin olunub. Daha iki vakansiyamız da var.
Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı artacaq. İlkin mərhələdə ev tekstili – süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq”, – deyə o qeyd edib.
Gununsesi.info