“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab Beynəlxalq Məhkəməyə təqdim olunan sənəddir.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, biz Xocalı soyqırımının əzablarını hər gün hiss edirik:
“Bu hər birimizin dərdidir. Beynəlxalq məhkəmə qurulanda mütləq Xocalı haqqında da təqdim edilən ən yüksək sənəddir. Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı zaman Azərbaycana 819 milyard ziyan dəyib”.
Ombudsman qeyd edib ki, Azərbaycana qaçan erməni ailəsi Qızıl Xaç Cəmiyyəti tərəfindən hər gün yoxlanırdı: “Yedikləri yeməklər belə soruşulurdu. Amma onlar sərhədi keçən kimi, bəyan etdilər ki, Azərbaycanda bizə işgəncə verilər. Bunların saxtakarlıq qanlarında var”.
Elmira Süleymaanova bildirib ki, aprel döyüşlərində prezident İlham Əliyev də bildirmişdi ki, Rusiya prezidenti zəng edib ki, döyüşləri dayandırmaq lazımdır: “Bu böyük siyasətdir. Böyük siyasətini qarşısını almaq kiçik dövlətlər üçün çətindir. Lakin biz işimizi davam etdiririk”.
Gununsesi.info