Xocalıda “Shacman” aşdı, sərnişin öldü

Xocalıda yük maşını aşıb.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, hadisə Baharlı kəndi ərazisində qeydə alınıb.

Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb. Qəza nəticəsində avtomobildə olan sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.