
Dövlət Komissiyası Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində tapılan kütləvi məzarlıqdan Natiq Qasımovun meyitinin aşkar edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Gununsesi.info-nun məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov APA-ya açıqlamasında deyib ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışları davam etdirilir.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.
Gununsesi.info