Xocalıdan olan uşaqlar üçün futbol bayramı

  • By admin
  • 07 İyun 2017 16:23

03

Yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir cəbhə bölgəsində yerləşən Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələrinin uşaqları üçün keçirilib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, tədbirdə millət vəkili, AFFA-nın 1 vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayonundan seçilmlş deputat Elman Məmmədov, Xocalı rayon Gənclər və İdman İdarəsinin müdiri Ramil Alıyev və “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsinin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub.

Anar

Gununsesi.info