Xocalının yol polisi rəisi vəzifədən çıxarılıb

  • By admin
  • 16 Noyabr 2020 15:16

Xocalı Rayon Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb

Gununsesi.info-nun “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.

Onun yerinə rayon DYP bölməsinin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib.

 

 

Gununsesi.info