“Xocalıya ədalət!” kampaniyası bütün Azərbaycan gəncliyinin uğurudur” - Xocalı faciəsinin şahidi - FOTO

  • By admin
  • 21 Fevral 2017 14:34

 

malahat-xocali

Yeni Azərbaycan Partiyasının (YAP)  Nəsimi rayon təşkilatı da uzun illərdir ki,  “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirir.

Gununsesi.info xəbər verir ki,  növbəti   tədbirlərdən biri də  Qanlı Xocalı facisənin şahidi  və Xocalı cinayətinin qurbanlarından olan “Erməni Zindanında Səkkiz gün”  əsərinin müəllifi Dürdanə Ağayevanın YAP Nəsimi rayon Gənclər Birliyi ilə keçirilən  görüşü idi.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqizi Dürdanə Ağayevanı təqdim edərkən,  onu cinayətkar erməni  zülmünü səkkiz gün boyunca bütün varlığı ilə görən və yaşayan qəhrəman  kimi  təqdim edib.

Gənclərlə keçirilən bu görüşdə Dürdanə Ağayeva Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyevanın bütövlükdə  gördüyü işləri, xüsusilə də, onun rəhbərliyi ilə uzun illərdir ki, uğurla həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını bütün Azərbaycan gəncliyinin uğuru kimi dəyərləndirib.

Görüş zamanı  o, gənclərə erməni zülmünün acı və məşəqqətlərindən danışaraq,  cinayətkar  Ermənistan rəhbərliyini və onun  işğalçılıq siyasətinin dünyada ifşa edilməsində, beynəlxalq qanunvericilik və hüquq  çərçivəsində mühakimə edilməsində  müasir  gəncliyi  səfərbər olmağa və bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq yolunda səylərini əsirgəməməyə  çağırıb.

Gununsesi.info