Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib - VİDEO

  • By admin
  • 03 Noyabr 2020 20:23

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videogörüntünü təqdim edirik:

Gununsesi.info