Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO

  • By admin
  • 04 Oktyabr 2022 14:44

Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.

Gununsesi.info xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Gununsesi.info