Xocavənddə partlayış: 2 minaxtaran yaralandı

  • By admin
  • 11 Avqust 2021 14:01

Azərbaycanın Xocavənd rayonu ərazisində partlayış baş verib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yenikənd ərazisində minaların zərərsizləşdirilməsi zamanı 2 erməni minaxtaran yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyəti ağırdır.