Rusiya müxalifətçisi Mixail Xodorkovski ABŞ Prezidenti Donald Trampı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağa çağırıb.
Axar.az xəbər verir ki, Xodorkovski Trampın Rusiyanı lazımsız münaqişələrdən çəkdindirə biləcəyini bildirib.
“Trampın Putinlə işgüzar dialoqa başlamaq imkanı var. Daha çox əhəmiyyət kəsb edən problemlər gündəmə gətirilə bilər. Rusiyanı daxildə lazımsız münaqişələrdən çəkindirmək olar. Putin Krımın fəthini, Ukrayna və digər ölkələrdəki neytral statusu Rusiyanın qanuni təsir sahəsi hesab edir”, – Xodorkovski qeyd edib.
Gununsesi.info