Xomeyni ailəsinə gizli müraciət: İran rejimi daxildən çat verir

İranda davam edən etirazlar molla rejimi daxilində çatların yaranmasına səbəb olub. Artıq rejimin geri çəkilmək, etirazçılarla danışıqlara getmək istəyi haqda məlumatlar var. İran prezidenti İbrahim Rəisinin də dünən “etirazçıları dinləməyə hazırıq” mesajı bundan xəbər verir.

Gununsesi.info  xəbər verir ki, Qərb mediası rejimin güzəştə getmək haqda düşündüyünü yazır.

HTML tutorial

“The Wall Street Journal” yazır ki, İran rejiminin daha mülayim mövqe sərgiləyən liderləri respublikanın iki əsas qurucu ailəsinə gizli müraciət ünvanlayıb.

“Bu, hakimiyyət daxilində sərt xəttin tərəfdarları tərəfindən narazılıqla qarşılanıb və qarşıdurmaya səbəb olub. Bu onu göstərir ki, etirazlar başlayanda ağlasığımaz hesab edilən güzəştlər nəzərdən keçirilə bilər”, – nəşr yazıb.