Xorasanda 42 şagird zəhərləndi

  • By Admin2
  • 07 Noyabr 2024 15:00

İranın Xorasan-i Rəzəvi əyalətinin Kaşmər şəhərinin məktəblərinin birində 42 şagird zəhərlənərək xəstəxanaya köçürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə əyalətin Təhsil İdarəsi məlumat yayıb.

Şagirdlərin məktəbdə verilən qidadan zəhərləndikləri bildirilib.

 

 

Gununsesi.info