Pensilvaniyada 55 yaşlı Kristofer Ceyms Keysi qonşusu 62 yaşlı Robert Uollesin yüksək səslə xoruldamasından narahat olduğu üçün onu bıçaqlayaraq öldürüb.
Gununsesi.info xəbər verir ki, iki qonşu arasında xəsarətlə nəticələnən mübahisədən sonra Keysi həbs edilib.
Məhkəmədə Keysi aralarında 18 aydır davam edən şəxsi mübahisədən danışaraq, iki mənzilin ümumi divarının olduğunu və Uollesin yüksək səslə xoruldadığını söyləyib.
Keysi bildirib ki, hadisə baş verən gün qonşusu ilə təxminən 20 dəqiqə danışdıqdan sonra xoruldamasını müalicə etmək üçün Uollesin burnunun əməliyyatına pul ödəməyi təklif edib.
Uollesin ona hücum etdiyini deyən Keysi özünü müdafiə etdiyini bildirib.
Məhkəmə sənədlərində bildirilir ki, Keysi Uollesin sinəsindən hərbi tipli bıçaqla bir neçə dəfə bıçaqlayıb.
Prokurorlar bildiriblər ki, Keysi üçüncü dərəcəli qətl, qəsdən adam öldürmə və cinayət alətlərinə sahib olmaqda ittiham olunur.
Gununsesi.info