Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

  • By ilhame
  • 19 İyun 2024 19:13

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

Gununsesi.info