

Sabah axşamdan etibarən havanın temperaturu 3-5 dərəcə enəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, avqustun 14-ü axşam saatlarından etibarən Abşeron yarımadasında şimal-qərb küləyi əsməsi nəticəsində havanın temperaturu enəcək.
“Avqustun 15-16-də havanın temperaturu ölkə ərazisində 3-5 dərəcə aşağı enəcək.
Abşeron yarımadası və Bakıda havanın temperaturu 30-35 dərəcə təşkil edəcək”-deyə. G.Məmmədova vurğulayıb.
G.Məmmədova onu da əlavə edib ki, hazırda havanın temperaturu iqlim normasından 2-3 dərəcə artıqdır.
Mürtəza
Gununsesi.info