Xoşbəxt evliliyin 10 asan yolu…

Xoşbəxt evliliyin 10 asan yolu…


Axşam.az xarici KİV-ə istinadən xoşbəxt evliliyin 10 asan yolunu təqdim edir:

1. Bir-birinizi dəyişdirməyə çalışmayın – Sevdiyinizi olduğu kimi qəbul edin. Onun xüsusiyyətləri və vərdişlərini sevin. Kiçik bir narahatsızlıqdan söz-söhbət yaratmayın. Həyat yoldaşınızın pis xüsusiyyəti varsa, onu oturub sakitcə müzakirə edin. Tez-tez tərif deməkdən çəkinməyin.

2. Bir-birinizə hörmət edin – Həyat yoldaşınızla eyni fikirdə olmasanız velə, onun qərarlarına hörmət edin. Hörmət – evlilikdə güvənmə hissi yaradır. Mübahisə edərkən belə hörməti unutmayın. Çünki, bu, sevdiyinizin qəlbində dərin izlər qoya bilər.

3. Sevginizi nümaiş etdirin – Sevdiyinizə sizin üçün etdiklərinə görə diqqət göstərin. Ona olan sevginizi həm bilməsi, həm də görməsi üçün şərait yaradın.

4. Dürüst olun – Hamımız əslində olduğumuzdan daha yaxşı olduğumuzu nümayiş etdirməyi sevirik. Səhvlərimizi gizlətməyə çalışırıq. Bu isə münasibətlərin pisləşməsinə doğru gedər. Səmimi olmaq önəmlidir. Hər şeyi danışaraq həll edin. Uzunmüddətli evlilikdə bu vacib şərtdir.

5. Həyat yoldaşınıza vaxt ayırın – Evdə gəldikdə çöldə, işdə gördüklərinizi bir kənara qoyun. Həyat yoldaşınızla birgə televizora baxın, yemək bişirin, söhbət edin. Hətta, bir-birinizdən uzaq məsafədə olsanız belə, tez-tez ona gözəl sözlər yazın.

6. Pozitiv olun – Belə insanların həyatı həmişə xoş keçir. Əksinə, çox deyinən, həyatdan narazı insanlarla yola getmək mümkün olmur.

7. Qısqanc olmayın – Bu xüsusiyyət sizin güvənsizlik və tərk etmə qorxunuzu nümayiş etdirir. Əgər qarşınızdakı insan qısqancdırsa, ona onu nə qədər çox sevdiyinizi göstərin. Qısqanclığın ailənizi dağıtmasına icazə verməyin.

8. Həyatınızı xatirələrlə zəngin edin – Bir yerdə gözəl xatirələr yaratmaqdan daha yaxşı şey yoxdur. Səyahət, rəqs dərsləri, yarışlar, karaoklar, tez-tez həyəcan verici və əyləncəli şeylər. Həyatınızı parlaq və gözəl anlarla doldurun.

9. Bir yerdə xəyal qurun – Məqsədlərinizi birlikdə hədəfləyin. 5, 10 və 20 il ərzində nəyə nail olmaq istədiyinizi düşünün və sizi, sevdiklərinizi xoşbəxt edən şeylərə diqqət edin.

10. Həyatınızı nağıl kimi yaşayın – kiçik bir şeylə həyat yoldaşınızı təəccübləndirin. Mümkün olduqca ona gözlənilməz hədiyyələr, qeydlər göndərin, sürpriz edin, romantik yemək təşkil edin.

Gununsesi.info

COMMENTS