Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı Doğuşla birlikdə aparacaq

  • By admin
  • 27 Yanvar 2022 18:23

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı gələn həftədən etibarən “Səni axtarıram” verilişini həyat yoldaşı, türkiyəli məşhur müğənni Doğuş ilə birlikdə aparacaq.

Gununsesi.info bu barədə aparıcının özü verilişdə açıqlama yayıb:

“Gələn həftədən etibarən Doğuş bəylə birlikdə proqramı aparacağıq. Bilirsiniz ki, Doğuş bəy çətin həyat yaşamış bir insandır. Bu cür insanların dərdini məndən yaxşı anladığı üçün proqrama tam yaraşacaq. Əslində, digər kanalda işləyəndə bu barədə fikrimiz var idi. Gələn həftədən, ya da beşinci gündən burada olacaq”.

Gununsesi.info