
“Bayaq taksi ilə “Gənclik” dən “Yasamal”a gəlirəm. Taksi sürücüsü qət etdiyimiz 15 dəqiqəlik müddətdə beynəlxalq siyasəti böyrü üstə qoydu”.
Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Elşən Musayev öz “Facebook” səhifəsində yazıb.
“Axırda da qayıtdı ki: “Xoşum gəlir sənin kimi dinləmə qabiliyyəti olan, öyrənməyə, görüb-götürməyə meylli oğlanlardan”.
Sağollaşıb düşdüm”-deyə, o, daha sonra yazıb.
Gununsesi.info