Xoyski və Ağaoğlu adına mükafat yaradıldı

  • By admin
  • 21 Aprel 2017 15:31

unnamed (3)

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyi “Fətəli Xan Xoyski Ali Mükafatı”nı  və  “Əhməd Bəy Ağaoğlu Ali Media Mükafatı”nı təsis edib.

Gununsesi.info-ya BİRA-dan verilən məlumata görə, bu haqda  Birliyin İdarə Heyətinin iclasında belə qərar verilib.  BİRA-nn sədti Zaur Qəriboğlu bildirib ki,  təşkilat informasiya sahəsində fəaliyyət göstərir: “Azərbaycan dövlətinin jurnalislərə, media qurumlarına olan diqqət və qayğısı danılmazdır. Biz də QHT olaraq,  bu sahədə fəaliyyət göstərən insanların qiymətləndirilməsini, mükafatlandırılmasını özümüzə borc hesab edirik. Bu üzdən də Birliyimiz “Fətəli Xan Xoyski Ali Mükafatı”nı təsis edərək,  ildə iki dəfədən çox olmayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərinə görə fərqlənən şəxslərə təqdim edəcək. Həmçinin, vətənpərvərliyin təbliğində mediada xidmətlərinə görə fərqlənən şəxslər isə tərəfimizdən “Əhməd bəy Ağaoğlu Ali Media Mükafatı” ilə təltif olunacaq”.

BİRA sədri qeyd edib ki,  bu mükafatlardan əlavə olaraq, təşkilat informasiya müharibəsində Azərbaycan həqiqətlərinin yayılmasında yeni xidmət edən şəxsləri də “İnformasiya Müharibəsində fəaliyyətinə görə Debüt Diplom”u, sosial media hesablarında Azərbaycanın haqq səsinin bir neçə dillərdə yayımını həyata keçirən istifadəçilər isə  “Sosial mediada Azərbaycan həqiqətlərini təbliğ etdiyinə görə Fəxri Fərman”la təltif ediləcəklər.

Gununsesi.info