
“The Telegraph” dini araşdırmalar aparan analitik mərkəzlərdən birinə əsasən yazır ki, son vaxtlarda ziyanlı xristian eksorsizminin və ya cindarlığının geniş yayılması miqrant icmaları ilə bağlıdır.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, “Theos” dini-analitik mərkəzinin yeni hesabatında deyilir ki, xristian dünyası boyunca cindarların və ya cinqovanların artması və ümumilikdə eksorsizm sənayesinin yüksəlişi adamların ruhi sağlamlığı üçün böyük risk yaradır.
Xristianlıq və ruhi sağlamlıq arasında münasibətləri araşdıran hesabatda qeyd olunur ki, hazırda Birləşmiş Krallııqda cindarlıq gəlhagəlli sənayeyə çevrilib.
Hesabatda deyilir ki, bunun əsas səbəbi miqrant icmaları və əllincilər kilsəsinin eksorsizm praktikasına açıqlığıdır.
Araşdırma göstərib ki, çox vaxt adi ruhi xəstəlik müalicəsinə ehtiyacı olan şəxslər cindarların əlinə düşür.
Bu hesabatın müəlliflərindən Ben Ryan deyir ki, Anqlikan kilsəsində cindarlığın diqqət mərkəzinə gəlməsi belə praktikaya artan tələblə bağlıdır.
Ekspert bildirir ki, cindarlıq praktikası daha çox kilsələrdən xaricdə həyata keçirilir. Onun özlərinə görə, Londonun mərkəzindəki Old Kent Road küçəsi ilə gəzişmək kifayətdir ki, hər tinbaşı cindarların elanlarına rast gələsən.
İngiltərə Kilsəsi bəyan edib ki, eksorsizmlə bağlı hər bir hal ayrılıqda araşdırılır və buna çox ciddi diqqət yetirilir.
Bəyanatda deyilir ki, kilsələr xüsusilə də sarsıntı vəziyyətində olan insanlara diqqətlə yanaşmalıdır.
Keşişlər isə bildirirlər ki, eksorsizmin geniş yayılmasına səbəb cəmiyyətdə qeyri-ənənəvi dinlərə, məsələn satanizmə sitayiş edənlərin artmasıdır.
Gununsesi.info