XTQ-nin təlimini türkiyəli general da izləyib -FOTO/VİDEO

Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin ölkənin cənub bölgəsində keçirdiyi təlimləri müdafiə naziri Zakir Həsənovla birgə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da izləyib.

Gununsesi.info xəbər verir ki, B.Ersay nazirliyin rəhbərliyi ilə birgə xüsusi təyinatlılarla görüşüb. Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb. Təlimdə Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya bölmələri də iştirak edir.

Gununsesi.info