Xudatda maşın təmiri sexində partlayış olub, iki nəfər xəsarət alıb

  • By admin
  • 27 Dekabr 2016 23:05

tecili_yardim

 

Bu gün axşam saatlarında Xudat şəhərində maşın təmiri sexində bədbəxt hadisə baş verib. Gununsesi.info şimal bürosunun verdiyi məlumata görə, qaynaq zamanı sexdə baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xudat şəhər sakinləri 1987-ci il təvəllüdlü Şıxəmirov Cavad Tahirmirzə oğlu və 1986-ci il təvəllüdlü Məhərrəmov Rəvan Zahir oğlu ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Fakt araşdırılır.

 

Gununsesi.info