Xuliqanlığa görə işini itirən sabiq icra başçısı yenə adam döydü -ELMAR VƏLİYEVİN ADAMI YENƏ ÖZ AMPULASINDA

  • By admin
  • 25 Dekabr 2016 11:04

elmar

Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev daha bir qalmaqal yaradıb

Məlumata görə, M.Mustafayev Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döyüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. M.Musayevin hüquq-mühafizə orqanlarında çalışan yaxınının isə işi ört-basdır etmyə çalışdığı bildirilir.

Onu da nəzərə çatdıraq ki, M.Mustafayevə bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

Bundan sonra o, dövlət başçısı tərəfindən tutduğu vəzifədən azad edilmişdi.

Hazırda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edilir. Bu olaydan bir neçə ay sonra Elmar Vəliyev M.Mustafayevi Gəncə icra hakimiyyətində yüksək vəzifəyə təyin etdi.

(reyting.az)