Xurma qatıq pəhrizinin MÖCÜZƏVİ NƏTİCƏSİ

  • By arzu
  • 26 Mart 2020 13:44

Sağlam şəkildə arıqlamaq istəyənlər pəhriz saxlayır. Son günlərin ən populyar pəhrizinə çevrilmiş arıqlama üsulu xurma və qatıqdır.

Gununsesi.org olke.az-a istinadən xəbər verir ki, xurma da qatıq da ayrı ayrılıqda orqanizmə çox faydalı qıdalar sırasındadırlar. Qatıq vitamin, kalsium, mineral və proteinlə zəngin qidadır. 1 fincan qatıq gündəlik kalsium ehtiyacının 45 faizini, fosfor ehtiyacının 38 faizini, maqnezium ehtiyacının 12 faizini qarşılayır. Laktoza bakteriyasına sahib olduğu üçün probiyotikdir. Bağırsaq sisteminin inkişafına və immun sisteminin güclənməsinə kömək edir. Qatığın insanı uzun müddət tox saxlamaq qabiliyyəti olduğu üçün pəhrizdə tez-tez istifadə olunur. Xurma isə doymamış yağ asidi, protein, və lif baxımından zəngindir. Üstəlik 15 fərqli mineral və A, C, B1, B2, vitamini tərkiblidir. Həm də antioksidant xüsusiyyəti sayəsində orqanizmi zərərli maddələrdən təmizləyir.

Belə ki, xurma-qatıq pəhrizi saxlayanlar 1 həftədə 4-7 kiloqram çəki atdıqlarını etiraf ediblər.

1 həftəlik xurma və qatıq pəhrizinin qaydası belədir:

Gündəlik olaraq 21 ədəd xurma və bir kasa qatıq, 2 və ya 3 litr su içilməlidir. Ara vaxtlarda kofe, çay və ya bitki çayı içmək olar lakin şəkərsiz olmasına diqqət edilməlidir.

Qeyd edək ki, bu cür mono pəhrizləri uzun müddət saxlamaq tövsiyyə olunmur. Çünki əlavə qidalar qəbul olunmadığı üçün orqanizm digər vitaminlərdən məhrum olur. Xurma-qatıq pəhrizi 1 həftə üçün nəzərdə tutulub.

Gununsesi.org