Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

  • By admin
  • 07 Avqust 2020 17:52

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Gununsesi.info-ya bildirilib ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 7 – 21 avqust 2020-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahan nəticələri hələlik bəlli olmayan abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.

Gununsesi.info