Xüsusi qabiliyyət tələb edən ixtisaslara imtahanlar başladı

  • By admin
  • 09 İyul 2016 12:05

TQDK

 
Bu gündən Azərbaycanda 9 illik təhsil bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına imtahanlar başlayıb.
Bu haqda Gununsesi.info-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Belə ki, qabiliyyət imtahanları iyulun 9-dan 13-dək aparılacaq.

Ümumi orta (9 illik) təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni qeyd olunan linkdən (https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov) çap edib götürə bilərlər. Qəbul (buraxılış) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri ilə “Abituriyent” jurnalının 3-cü sayında ətraflı məlumat verilib.
Gülnaz Qənbərli