Xüsusi təyinatlılar əməliyyat keçirdi – Anar Məmmədov həbs olundu

  • By admin
  • 20 Fevral 2020 16:16

FTX əməkdaşları Stavropol bölgəsində suriyalı silahlılara qoşulmaq üçün adam toplayan şəxsi həbs edib.

Gununsesiaz.info virtualaz.org-a istinadla xəbər verir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu aşkar edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa çağırıb. “Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib”, – mənbə bildirib.

Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.

Gununsesiaz.info