Xüsusi təyinatlılar Belarusla sərhədə göndərildi

Latviya polisinin xüsusi təyinatlı bölüyü Belarusla dövlət sərhədinə göndərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, bölüyün sərhədə göndərilməsində məqsəd Belarusdan gələn qanunsuz miqrant axınının qarşısını almaqdır.

Qeyd edək ki, kütləvi miqrant axını ilə əlaqədar Latviya hökuməti Belarusla sərhəd bölgələrində fövqəladə vəziyyət elan edib.

Son 5 gün ərzində Belarusdan Latviyaya qanunsuz keçmək istəyən 295 nəfər saxlanılıb.