Xüsusi təyinatlılara "TikTok" QADAĞASI

  • By admin
  • 05 Mart 2023 21:58

Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin hərbçilərinə Çinin “TikTok” sosial şəbəkəsindən istifadə etmək qadağan olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, xüsusi təyinatlı hərbçilərə şəxsi telefonlarında proqramlardan istifadə etməmək tövsiyə olunur. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir.

Diqqətə çatdırılıb ki, sosial şəbəkə proqramının məxsus olduğu şirkət Xüsusi Təyinatlı Qüvvələrin üzvləri, Böyük Britaniyada və xaricdəki gizli yerləri barədə Çin və Rusiya kimi ölkələrə məlumat ötürə bilər.

Xatırladaq ki, Qərb ölkələri Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkə proqramında istifadəçilərin təhlükəsizliyinin təmin edilməməsi barədə narahatlıqlarını ifadə edib.

Gununsesi.info